Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Təyyarədə bəzi içkilərdən uzaq durun: Həkim XƏBƏRDARLIQ ETDİ
sosial

Təyyarədə bəzi içkilərdən uzaq durun: Həkim XƏBƏRDARLIQ ETDİ

14-08-2026 09:00 13 Просмотров
IMG

Diyetoloq Andrea Matis təyyarədə uçuş zamanı yeddi növ içkidən imtina etməyi məsləhət görüb.

 

Tvit.az bildirir ki, bu barədə "Infobae" nəşri yazıb.

 

Andrea Matisin sözlərinə görə, təyyarənin göyərtəsində alkoqollu (spirtli) içkilər qəbul etmək olmaz. Alkoqol sidikqovucu təsirə malikdir və buna görə də susuzluğa səbəb ola bilər. Eyni səbəbdən təyyarədə çay, qəhvə və enerji içkilərindən də çəkinmək daha yaxşıdır. Bundan əlavə, həkim xəbərdarlıq edib ki, bu içkilərin tərkibindəki kofein narahatlığı artıra bilər.


Andrea Matis əlavə edib ki, təyyarədə içilən qazlı içkilər qarında şişkinlik yaradır və bu da uçuş zamanı təzyiq dəyişiklikləri səbəbindən özünü daha çox göstərə bilər. Üstəlik, onların tərkibində çoxlu şəkər var ki, bu da qanda qlükoza səviyyəsinin kəskin artmasına, ardınca isə enerji səviyyəsinin aşağı düşməsinə gətirib çıxara bilər.

 

Həkim qeyd edib ki, südlü kokteyllər və qatı smuzilər mədə-bağırsaq traktında problemlərə səbəb ola bilər, çünki onların hazırlanmasında adətən yağlı və ağır inqrediyentlərdən istifadə edilir.