Sabah Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Tvit.az-a verilən məlumata görə, avqustun 14-də 35/10 kV-luq Şahbuz yarımstansiyasından qidalanan "Qəsəbə-1" 10 kV-luq hava elektrik xəttində yenidənqurma işləri aparılacaq.
Bununla əlaqədar avqustun 14-də saat 12:30-dan 14:30-dək Şahbuz şəhərinin Heydər Əliyev prospektində, Rəşid Behbudov, Bakı və 28 May küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Elektrik enerjisinin verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.