Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ səfiri: İrana iqtisadi təzyiq onu güzəştə getməyə məcbur edəcək
dünya

ABŞ səfiri: İrana iqtisadi təzyiq onu güzəştə getməyə məcbur edəcək

10-08-2026 10:00 16 Просмотров
IMG

ABŞ-ın BMT-dəki səfiri Mayk Uolts İranın iqtisadi təzyiq altında danışıqlar masasına gəlməyə məcbur olduğunu deyib. 

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Uolts ABŞ maliyyə naziri Skott Bessentin həyata keçirdiyi iqtisadi siyasətin İran iqtisadiyyatına ciddi zərbə vurduğunu deyib. O, İran tərəfinin danışıqlarda əsasən iqtisadi məsələləri gündəmə gətirdiyini bildirib.

 

“İran nümayəndələri danışıqlar masasına gələndə pul, pul, pul haqqında danışırlar. Çünki bombardmanları özləri qəbul edəcəklər”, - deyə Uolts “Fox News”a müsahibəsində əlavə edib. 

 

ABŞ səfiri əlavə edib ki, iranlıların hazırda müdafiə naziri Pit Heqsetdən daha çox maliyyə naziri Skott Bessentdən çəkindiyini düşünür.

 

Uoltsun sözlərinə görə, İran rəhbərliyini ən çox narahat edən məsələlər milli valyutanın dəyər itirməsi və inflyasiyanın yüksək səviyyəyə çatmasıdır.

 

“Onlar daim nağd pula və bizim dondurduğumuz aktivlərə çıxış istəyirlər. Təzyiq məhz budur. Bu təzyiq, blokada ilə birlikdə, sonda iranlıları hərəkətə keçməyə məcbur edəcək”, - deyə ABŞ səfiri vurğulayıb.

 

Aysel Şirinova