Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran Fars körfəzində iki tankeri saxlayıb
dünya

İran Fars körfəzində iki tankeri saxlayıb

05-02-2026 19:00 37 Просмотров
IMG

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, silahlı qüvvələrin elit bölmələri) Hərbi Dəniz Qüvvələri Fars körfəzində qaçaqmal yanacaq daşıyan iki gəmiyə həbs qoyub.

 

Tvit.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

 

Məlumata görə, tankerlərin yük anbarlarında 1 milyon litrdən çox qaçaqmal yanacaq aşkarlanıb.

 

Ekipajın 15 xarici üzvü saxlanılıb və cinayət işi başlanması üçün səlahiyyətli orqanlara təhvil verilib.

 

Aysel Şirinova