Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Dmitri Medvedev Rusiyaya düşmən hesab etdiyi ölkələrdən DANIŞDI
dünya

Dmitri Medvedev Rusiyaya düşmən hesab etdiyi ölkələrdən DANIŞDI

02-02-2026 13:00 11 Просмотров
IMG

Rusiyanın düşmənləri ona məhv olmağı, məğlubiyyəti və parçalanmanı arzulayan ölkələrdir.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev danışıb.

“Bu, kifayət qədər fəlsəfi bir dilemmdir. Rusiyanın düşməni kimdir? Əgər bu mövzuda mürəkkəb araşdırmalar aparmasaq, hazırda cavab kifayət qədər aydındır. Bunlar Rusiyaya məhv olmağı, məğlubiyyəti və parçalanmanı arzulayan ölkələrdir. Üstəlik, düzünü desək, onlar bunu tam açıq və birmənalı şəkildə özləri də bəyan edirlər”, - Medvedev deyib.

O, bildirilib ki, söhbət Qərb ölkələrindən gedir: “Xüsusilə də bu gün Avropa dövlətlərinin əhəmiyyətli bir hissəsinin bu sırada olması çox üzücüdür”, - deyə o, fikrini yekunlaşdırıb.