Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İsrailli diplomat bu ölkədən qovuldu
dünya

İsrailli diplomat bu ölkədən qovuldu

30-01-2026 21:00 13 Просмотров
IMG

Cənubi Afrika İsrailin işlər üzrə müvəqqəti nümayəndəsi Ariyel Zaydmanı arzuolunmaz şəxs elan edib və ondan 72 saat ərzində ölkəni tərk etməyi tələb edib.

Tvit.az-ın BBC-yə istinadla verdiyi xəbərə görə, Cənubi Afrikanın Xarici İşlər Nazirliyi bildirib ki, Zaydman diplomatik normaları pozub.

Bura ölkə prezidenti Siril Ramafosaya qarşı təhqiramiz ifadələr işlətməsi və İsrail rəsmilərini icazəsiz şəkildə Cənubi Afrikaya dəvət etməsi daxildir. Nazirlik onun hərəkətlərini “diplomatik imtiyazlardan kobud şəkildə sui-istifadə” kimi qiymətləndirib.

 

Aysel Şirinova