ABŞ-ın Fars körfəzi bölgəsində hərbi mövcudluğunun artırılması yaxın günlərdə başa çatacaq.
Tvit.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
“Hazırda əsas vəzifə hazırlıqdır, lakin hər şey ona işarə edir ki, prezident ABŞ prezidenti Donald Tramp yaxın günlərdə İranla bağlı daha bir qərar qəbul edəcək”, – deyə portala bildirilib.
Qeyd edək ki, Vaşinqtonun Yaxın Şərqdə hərbi mövcudluğunu artırması çərçivəsində bölgəyə artıq USS Abraham Lincoln zərbə aviadaşıyıcı qrupunun gəmiləri, həmçinin F-15 qırıcı təyyarələrindən ibarət eskadrilya və C-17 hərbi-nəqliyyat təyyarələri gəlib.
Aysel Şirinova