Avropa Parlamenti ötən həftə qəbul etdiyi qərarda dövlət satınalmalarında ABŞ texnologiya şirkətlərindən daha çox Avropa həllərinə üstünlük verilməsini təklif edib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, 2026-cı ilin yanvar ayında qəbul edilmiş qətnamədə Avropa Parlamenti rəqəmsal infrastruktur üçün ABŞ-da yerləşən texnologiya şirkətlərindən asılılığın azaldılmasına çağırıb. Qətnamədə dövlət qurumlarına texnologiya alarkən Avropa alternativlərinə üstünlük vermələri xüsusilə tövsiyə olunur.
Bu gün Avropada bulud və rəqəmsal infrastruktur bazarının böyük əksəriyyəti AWS, Microsoft Azure və Google Cloud tərəfindən idarə olunur. Bu, uzun müddətdir ki, Aİ daxilində məlumatların təhlükəsizliyi, siyasi müstəqillik və uzunmüddətli xərclər ilə bağlı müzakirə mövzusu olub.
Aysel Şirinova