Rusiya XİN-in müavini Sergey Verşinin Moskvada səfərdə olan Fələstin Prezidenti nümayəndə heyətinin üzvü, xüsusi nümayəndə Yasir Abbas və Fələstin liderinin media məsələləri üzrə müşaviri Samir Qattas ilə görüş keçirib.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib:
“Əsas diqqət Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətə, xüsusilə də Qaza ətrafındakı vəziyyətə və beynəlxalq ictimaiyyətin Fələstin problemlərinin həlli və sektorun bərpasına dəstək vermə vəzifələrinə yönəldilib.”
Aysel Şirinova