İran Xarici İşlər Naziri Abbas Əraqçı İran mediasının ölkədə baş verən iğtişaşlar zamanı 3 mindən çox insanın öldüyü barədə məlumatı təsdiqləyib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Ümumi həlak olanların sayı: 3 117”, – deyə Əraqçi özünün Telegram kanalında yazıb.
Bildirilib ki, arasında mülki şəxslər və təhlükəsizlik qüvvələrinin əməkdaşları da var. Bundan əlavə, XİN rəhbəri mağazalara, banklara, yaşayış evlərinə və məscidlərə vurulan zərərə dair statistik məlumatları da açıqlayıb.
Aysel Şirinova