Avropa İttifaqı özünü, üzvlərini, vətəndaşlarını və şirkətlərini hər cür təzyiqdən qorumaq üçün gücə və vasitələrə malikdir.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Kosta deyib.
Aİ və ABŞ-ın uzun müddətdir tərəfdaş və müttəfiq olduqlarını xatırladan Kosta “Biz tarix tərəfindən formalaşdırılan, ortaq dəyərlərə əsaslanan və xalqlarımızın rifahına və təhlükəsizliyinə sadiq olan transatlantik bir icma qurmuşuq. İnanırıq ki, tərəfdaşlar və müttəfiqlər arasında münasibətlər səmimi və qarşılıqlı hörmət əsasında aparılmalıdır”,- dedi.
Elmin Alışov