Avropa Komissiyasının siyasi manipulyasiyaları yalnız Avropa İttifaqının texnoloji inkişafına zərər verməyəcək, həm də beynəlxalq şirkətlərin Avropadakı investisiya mühitinə inamını ciddi şəkildə sarsıdacaq.
Tvit.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jyakun bildirib.
"Biz Aİ-ni proteksionizmin səhv yolunda çox irəli getməməyə çağırırıq, əks halda Çin tərəfi Çin müəssisələrinin qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün zəruri tədbirləri görəcək,"- deyə o, xəbərdarlıq edib.
Onun sözlərinə görə, Brüsselin Çin şirkətlərini Avropa mobil şəbəkələrindən kənarlaşdırmaq üçün göstərdiyi tədbirlərin heç bir sübutu yoxdur.
"Qeyri-texniki standartların müəssisələrin fəaliyyətini zorla məhdudlaşdırmaq və ya hətta qadağan etmək üçün istifadə olunması bazar prinsiplərini ciddi şəkildə pozur. Bu, normal əməkdaşlığın siyasiləşməsinin və onun təhlükəsizlik məsələsinə çevrilməsinin tipik nümunəsidir, bu, açıq-aşkar proteksionizmdir," - xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib.
Aysel Şirinova