2025-ci ildə Azərbaycanda 13 subay şəxs övladlığa uşaq götürüb.
"Tvit.az" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov deyib.
Sədr xatırladıb ki, Azərbaycanda subay şəxslər də övladlıq götürə bilər:
"Bunun üçün müəyyən prosesdurlar var. Həm himayədar ailə, həm də övladlığa uşaq götürmə ilə bağlı elektron sistem var. Vətəndaş bu sistemə müraciət edir, daha sonra qiymətləndirmə başlayır. Onlar təlimlərə cəlb olunur və imtahan verirlər. Bütün tələblərə cavab verən şəxs bu hüquqa sahib olur".