Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
sosial

Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı

09-01-2026 21:00 44 Просмотров
IMG

Yanvarın 8-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 65 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.