Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Türkiyə parlamentində Maduro əməliyyatı tənqid edildi - "Beynəlxalq hüquq pozuntusudur"
dünya

Türkiyə parlamentində Maduro əməliyyatı tənqid edildi - "Beynəlxalq hüquq pozuntusudur"

08-01-2026 15:00 44 Просмотров
IMG

Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş ABŞ-ın Venesuela prezidenti Nikolas Maduroya qarşı əməliyyatını beynəlxalq hüququn açıq pozuntusu adlandırıb və dünya siyasətində "cəngəllik qanunu" prinsiplərinin tətbiqinin qəbuledilməz olduğunu bildirib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

“ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi və bütün dünyanın gözü önündə bir müstəqil dövlətin rəhbərinin yatağından çıxarıldığı, daha sonra məhkəməyə təhvil verildiyi kadrların birbaşa yayımlanması beynəlxalq hüququn açıq pozuntusudur. Bu, dünyanın ən böyük dövlətlərindən birinin cəngəllik qanunu’ prinsiplərini nümayiş etdirməsinin aşkar nümunəsidir. İnsanlıq buna qarşı vahid mövqedən çıxış etməlidir”, - Kurtulmuş jurnalistlərə bildirib.

Xatırladaq ki,  ABŞ-ın Venesuela prezidentinə qarşı hərəkətlərini Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da pisləyib. O, Maduronun ələ keçirilməsini suverenliyin pozulması və beynəlxalq hüququn gözardı edilməsi kimi qiymətləndirib.

 

Aysel Şirinova