Suriya ordusu terror təşkilatı PKK/YPG-yə aid Hələb şəhərindəki Şeyx Maksud və Eşrəfiye məhəllərindəki bütün mövqelərin qanuni hədəf olduğunu açıqlayıb.
Tvit.az xəbər verir ki, bu barədə Suriya dövlət agentliyi SANA-nın Ordu Əməliyyatları Komandanlığına istinadən yaydığı xəbərdə bildirilib.
Təşkilat Hələb şəhərinin yaşayış məhəllərinə və dinc sakinlərə qarşı çoxsaylı qətliamlar törətdiyi üçün mövqeləri qanuni hədəf elan edib.
Şeyx Maksud və Eşrəfiye məhəllərində yaşayan dinc sakinlərə PKK/YPG-yə aid mövqelərdən dərhal uzaq durmaları çağırışı edən Suriya Əməliyyatlar Komandanlığı həmçinin, sakinlərin zərər görməməsi üçün bölgədə iki təhlükəsiz humanitar keçid koridorunun açıldığını açıqlayıb.
Aysel Şirinova

