Venesuela ABŞ-ın hücumunda həlak olanlar üçün bir həftəlik matəm elan etdi.
Tvit.az “CNN” nəşrinə istinadən xəbər verir ki, bunu Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges bildirib.
“Venesuelanı və Prezident Nikolas Maduronu müdafiə edərək həyatlarını itirən gənc qadın və kişilərə şərəf, şöhrət və minnətdarlıq əlaməti olaraq yeddi günlük matəm elan etmək qərarına gəldim”,- deyə o, söyləyib.
Elmin Alışov