Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Pensiya alanlara şad xəbər - Gələn aydan artımlar veriləcək
sosial

Pensiya alanlara şad xəbər - Gələn aydan artımlar veriləcək

06-01-2026 14:00 67 Просмотров
IMG

2024-cü ildə respublika üzrə orta aylıq əməkhaqqı 8.1 faiz artmışdırsa, ötən ilin ilk 10 ayında artım 9.4 faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əməkhaqqı artım fazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9.2 faiz maaş artımıdır".

 

"Tvit.az" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu aydan etibarən bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 

 

"Bu o deməkdir ki, 540 manat məbləğində orta pensiya alan vətəndaşımızın pensiyasında bu aydan 50 manata yaxın artım olacaq. Yanvar ayının artımı fevral ayını artımı ilə birlikdə ödəniləcək. Nəticədə, 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir".