Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial İlham Əliyev: "D-8 təşkilatına üzv olmağımızı çox böyük nailiyyət kimi qiymətləndirirəm"
sosial

İlham Əliyev: "D-8 təşkilatına üzv olmağımızı çox böyük nailiyyət kimi qiymətləndirirəm"

05-01-2026 21:00 65 Просмотров
IMG

"D-8 təşkilatına üzv olmağımızı çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılıb və yarandığı gündən yeni üzv qəbul etməyib".

 

Tvit.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

 

Müsəlman dünyasının ən böyük ölkələrini birləşdirən D-8 təşkilatının yeganə yeni üzvünün Azərbaycan olduğunu vurğulayan dövlətimizin başçısı deyib:


"Bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycan nə əhali, nə iqtisadiyyat baxımından böyük ölkə sayıla bilər. Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq".