Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Sülh müqaviləsi Ukraynaya qarşı ədalətli olmayacaq - Stubb
sosial

Sülh müqaviləsi Ukraynaya qarşı ədalətli olmayacaq - Stubb

01-01-2026 20:00 11 Просмотров
IMG

Ukrayna ilə Rusiya arasında sülh müqaviləsi çox güman ki, tamamilə ədalətli olmayacaq.

 

Tvit.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb xalqa Yeni il müraciətində bildirib.

 

O, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibə apardığını və Moskvanın hərəkətlərinin qanunsuz olduğunu vurğulayıb.

 

Stubb beynəlxalq diplomatik səylər sayəsində indi əvvəlkindən daha çox sülhə yaxın olduqlarını bildirib. Bununla belə, o, Rusiyanın sülhə hazır olduğuna şübhə ilə yanaşdığını bildirib.