Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya FT: Aİ-nin Rusiyanın aktivləri ilə bağlı planı İttifaqın maliyyə sisteminə inamı sarsıda bilər
dünya

FT: Aİ-nin Rusiyanın aktivləri ilə bağlı planı İttifaqın maliyyə sisteminə inamı sarsıda bilər

30-12-2025 20:00 21 Просмотров
IMG

Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərindən Ukraynaya verilən kreditin ödənilməsi üçün istifadə olunmasına dair uğursuz planı digər dövlətlərin Aİ-nin maliyyə sisteminə olan etimadını risk altına qoya bilər.

 

Tvit.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

 

Nəşrin qeyd etdiyi kimi, bu cür tədbirlər Çin kimi iri ölkələri narahat edə bilər. Həmin ölkələr öz suveren aktivlərinin həbs edilməsi və ya istifadəsi yolu ilə onlara təzyiq göstərilə biləcəyi vəziyyətə düşmək istəmirlər.

 

Məqalədə vurğulanır ki, bu amil dövlətlərin Avropa maliyyə infrastrukturuna münasibətinə təsir göstərə bilər.

 

Eyni zamanda, Euroclear Aİ-nin Ukraynaya kredit verilməsi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməmək qərarını alqışlayıb.

 

Aysel Şirinova