Sabah Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil ediləcək.
"Tvit.az"ın əldə etdiyi məlumata görə, atəşfəşanlıq Dənizkənarı Milli Parkda baş tutacaq.
Şəhər sakinləri və qonaqlar atəşfəşanlığı dekabr 31-i saat 00:00-da sözügedən ərazidən seyr edə bilərlər.