Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Çindən Tayvan sahillərindəki hərbi təlimlərə reaksiya
dünya

Çindən Tayvan sahillərindəki hərbi təlimlərə reaksiya

29-12-2025 11:00 18 Просмотров
IMG

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi Tayvan sahilləri yaxınlığında keçirilən hərbi təlimləri ölkənin daxili işlərinə müdaxiləyə cavab kimi qiymətləndirib.

 

Tvit.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan brifinq zamanı bildirib.

 

“Bunlar dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunması üçün zəruri addımlardır, həmçinin Tayvandan Çini cilovlamaq məqsədilə istifadə etməyə çalışan, adanı silahlandıran və boğazdakı vəziyyəti müharibənin təhlükəli həddinə doğru itələyən xarici qüvvələrin hərəkətlərinə qəti cavabdır”, - deyə o vurğulayıb.

 

Aysel Şirinova