Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Baydenin dövründə qəbul edilmiş 22 qanun ləğv edilib
dünya

Baydenin dövründə qəbul edilmiş 22 qanun ləğv edilib

26-12-2025 19:00 15 Просмотров
IMG

ABŞ Konqresində respublikaçılar 2025-ci ildə ölkənin keçmiş prezidenti Co Bayden administrasiyası dövründə qəbul edilmiş rekord sayda hesab edilən 22 qanunu ləğv ediblər.

 

Tvit.az xəbər verir ki, bu barədə "Daily Caller" nəşri yazır.

 

Ləğv olunan qanunlar sırasına faydalı qazıntıların hasilatını məhdudlaşdıran, benzin mühərrikli avtomobillərin satışının mərhələli şəkildə azaldılmasını nəzərdə tutan, həmçinin overdraft (hesab qalığı mənfi olduqda tutulan) komissiyalarının məhdudlaşdırılması bəhanəsi ilə kreditlərə çıxışı çətinləşdirən qərarlar daxildir.

ABŞ-da ləğv edilmiş qanunların sayı 1996-cı ildən bəri ən yüksək göstərici olub.

 

Aysel Şirinova