Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ və Ukrayna razılığa gəlib
dünya

ABŞ və Ukrayna razılığa gəlib

26-12-2025 16:00 21 Просмотров
IMG

ABŞ və Ukrayna nizamlanma ilə bağlı birgə planın əksər bəndləri üzrə razılığa gəliblər.

Tvit.az xəbər verir ki, bu barədə ABŞ-ın Axios portalı hər iki ölkənin rəsmi şəxslərinə istinadən məlumat yayıb.

Məqalədə deyilir: “Razılaşmanın əksər elementləri artıq ABŞ və Ukrayna arasında razılaşdırılıb. Buraya Kiyevin ABŞ və Avropadan alacağı təhlükəsizlik zəmanətləri də daxildir.”

Daha əvvəl bildirilmişdi ki, Volodimir Zelenski yaxın günlərdə Ukrayna üzrə nizamlanma məsələsini müzakirə etmək üçün ABŞ Prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahına səfər edə bilər.

 

Aysel Şirinova