Belarus və Rusiya hərbi-texniki əməkdaşlığın inkişafına dair müqaviləyə dəyişikliklər edərək sənədi yeniləyiblər.
Tvit.az xəbər verir ki, bu barədə Belarusun Dövlət Hərbi-Sənaye Komitəsi məlumat yayıb.
Qurumun Telegram kanalında yayılan məlumatda deyilir:
“Belarus və Rusiya hərbi-texniki əməkdaşlıq sahəsində əsas sənədi aktuallaşdırıblar. Belarusun silah sənayesi üzrə qurumunun rəhbəri Dmitri Pantus və Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (FSVTS) direktoru Dmitri Şuqayev 10 dekabr 2009-cu il tarixli ‘Belarus Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlığın inkişafı haqqında Müqavilə’yə dəyişikliklərin edilməsi barədə protokol imzalayıblar.”