Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ordusunun dünən gecədən bəri ölkəsinə hava hücumlarını davam etdirdiyini bildirib.
Tvit.az xəbər verir ki, Zelenski bu barədə sosial media hesabında deyib.
Ukrayna prezidenti bildirib ki, Rusiya dünən gecədən bəri 30-dan çox raket və 650-dən çox dron buraxaraq Ukraynanın müxtəlif bölgələrində enerji və mülki infrastrukturu hədəf alır.
Elmin Alışov