Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev MDB ölkələri liderlərinin qeyri-rəsmi sammiti başa çatdıqdan sonra ayrıca ikitərəfli görüş keçiriblər.
Tvit.az xarici mediaya istinadla xəbər verir ki, görüş Sankt-Peterburqdakı Dövlət Ermitajının zallarından birində baş tutub.
Daha əvvəl Tokayev bildirib ki, Avrasiya İqtisadi İttifaqının növbəti sammiti 28–29 may tarixlərində Astanada keçiriləcək.
Qazaxıstan prezidenti həmçinin qeyd etmişdi ki, Aİİ-yə üzv ölkələrin ümumi daxili məhsulu 2025-ci ildə 2 faiz arta bilər.
Aysel Şirinova