Ukraynanın İsraildəki səfirliyində istintaq tədbirləri keçiriləcək.
Tvit.az xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfiri Korniychuk məlumat verib.
Məlumata əsasən, Ukraynanın Milli Antikorrupsiya Bürosu istintaq tədbirləri keçirmək üçün İsrailə səfər edəcəklər.
Onun sözlərinə görə, Ukrayna Xarici İşlər Nazirliyi diplomatik nümayəndəlikdən tədbirlərin keçirilməsi üçün otaq tələb edib, lakin bunun hansı işlə əlaqədar olacağı açıqlanmayıb.
Korniychuk əlavə edib ki, istintaqçıların dəqiq gəliş tarixi hələ müəyyənləşməyib, qeyd edib ki, bu tarix artıq iki dəfə təxirə salınıb.
Aysel Şirinova