Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bəzi ərazilərə qar yağıb - FAKTİKİ HAVA
sosial

Bəzi ərazilərə qar yağıb - FAKTİKİ HAVA

20-09-2025 12:00 17 Просмотров
IMG

entyabrın 20-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Əksər yerlərdə leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.

Milli Hidrometeorologiya Xidmətindən  "Tvit.az"a verilən məlumata görə, düşən yağıntının miqdarı Zaqatalada 49, Qusarda 41, Oğuzda 40, Daşkəsən, Balakəndə 37, Qubada 36, Qax (Sarıbaş), Xaltanda 32, Şəki, Gədəbəy, Qrızda 28, Tovuz, Xınalıqda 27, Göygöldə 23, Şamaxıda 22, Qəbələdə 21, Altıağac, Mingəçevirdə 20, Şəmkirdə 19, Gəncədə 18, Sədərəkdə 17, Şabranda 13, Goranboy, Bərdədə 11, Yevlax, Göyçay, Naftalanda 9, Şərur, Bakıda və Abşeron yarımadasında 8, Ağdam, Ağstafada 7, Tərtər, Şahbuzda 6, Qobustanda 5, Zərdab, Ceyrançöl, Sabirabad, Ordubadda 4, İmişli, Kürdəmir, Culfada 3, Ceyrançöl, Beyləqan, Lənkəranda 2, Biləsuvar, Astara, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lerikdə 1 mm-dək olub.

Yüksək dağlıq ərazilərə - Şahdağ (14 sm), Gədəbəy, Daşkəsən (Qoşqardağ), Göygöl (Hacıkənd-Kəpəz Murovdağ), Kəlbəcər, Laçına qar yağıb.