Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial DİN "Formula 1"lə əlaqədar vətəndaşlara müraciət etdi - VİDEO
sosial

DİN "Formula 1"lə əlaqədar vətəndaşlara müraciət etdi - VİDEO

19-09-2025 14:00 12 Просмотров
IMG

“Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədi ilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

"Tvit.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik", - deyə əlumatda qeyd edilib.