Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İsrail yenə Livanın cənubunu vurdu
dünya

İsrail yenə Livanın cənubunu vurdu

19-09-2025 09:00 12 Просмотров
IMG

İsrail ordusunun Livanın Nəbatiyyə şəhərinin bombalanmasından sonra Livanın cənubunda daha iki bölgəyə hava hücumu təşkil etdiyi bildirilir.


Tvit.az bu barədə “NNA” agentliyinə istinadən xəbər verir.


Məlumata görə, İsrail döyüş təyyarələri Tir şəhərinin Əl-Şihabiya və Bint əl-Cubeyl şəhərinin Bürc əl-Kələviyə qəsəbələrində iki binaya zərbələr endirib.


Xəbərdə İsrailin hücumlarında itki olmadığı vurğulanıb.


Elmin Alışov