Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Sabah bəzi ərazilərdə qaz olmayacaq
sosial

Sabah bəzi ərazilərdə qaz olmayacaq

15-09-2025 23:00 22 Просмотров
IMG

Sabah İmişlinin iki kəndinin qaz təchizatında fasilə yaranacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, İmişli rayonunun Rəsullu və Məhəmmədli kəndlərini təbii qazla təmin edən daşıyıcı PE-225, 160 və 110 mm-lik qaz kəmərlərində kipliyin sınağı məqsədilə əlaqədar sabah saat 11:00-dan etibarən sınaq işləri başa çatanadək Rəsullu və Məhəmmədli kəndlərində (ümumi 463 abonent) qaz təchizatı dayandırılacaq.

 

Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.