Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı
sosial

Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı

15-09-2025 20:00 21 Просмотров
IMG

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Explore Azerbaijan with IDEA" layihəsi fəaliyyətə başlayıb.

 

Bu barədə Tvit.az-a İctimai Birlikdən bildirilib.

 

Layihənin əsas məqsədi Azərbaycanın canlı aləminin təkrarolunmaz gözəlliklərini yerli və beynəlxalq auditoriyaya tanıtmaq, eyni zamanda, ölkəmizin təbiətinin özünəməxsus zənginliyini əks etdirən multimedia bazasını yaratmaqdan ibarətdir. Sosial media istifadəçiləri fotovideoqraf Saleh Baxşiyevin peşəkar obyektivi ilə Azərbaycanın flora və faunasının incəliklərini kəşf edərək ölkəmizin füsunkar təbiətinə daha yaxın ola biləcəklər.

 

"Explore Azerbaijan with IDEA" təkcə maarifləndirici layihə deyil, eyni zamanda, təbiətimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün bir çağırışdır.

 

Layihənin rəsmi sosial media səhifələrini aşağıdakı linklər vasitəsilə davamlı izləmək olar: