Avropa İttifaqı rəsmi olaraq bütün anti-Rusiya sanksiyaları kompleksinin müddətini daha altı ay uzadıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
"Bu gün Şura məhdudlaşdırıcı tədbirlərin daha altı ay, 15 mart 2026-cı ilə qədər uzadılması barədə qərar qəbul edib", - mətndə deyilir. Qeyd olunur ki, sanksiyalar 2500-dən çox şəxs və təşkilata şamil olunmağa davam edəcək.
Eyni zamanda, Aİ Şurası sanksiyaların uzadılmadığı bir şəxs üçün istisna edib.
Aysel Şirinova