Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycan sərhədini pozan İraq vətəndaşı saxlanıldı
sosial

Azərbaycan sərhədini pozan İraq vətəndaşı saxlanıldı

10-09-2025 11:00 45 Просмотров
IMG

Azərbaycan dövlət sərhədini pozan İraq vətəndaşı saxlanılıb.

Bu barədə "Tvit.az"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan İraq Respublikası vətəndaşı – 2006-ci il təvəllüdlü Qburi Ameer Visman saxlanılıb.