Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
dünya

MAQATE İranla razılaşıb

09-09-2025 22:00 41 Просмотров
IMG

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və İran İslam Respublikasındakı nüvə obyektlərinə dair MAQATE-nin yoxlama fəaliyyətinin bərpası rejimini razılaşdırıblar.

Tvit.az xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Grossi bildirib.

“Bu gün Qahirədə İranın xarici işlər naziri [Abbas] Araqçi ilə İranda yoxlama fəaliyyətinin bərpasının praktik qaydalarını razılaşdırdıq. Bu, düzgün istiqamətdə mühüm bir addımdır”, – o, X platformasında yazıb.

Aysel Şirinova