Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya AZAL təyyarəsinin qəzaya uğradığı yerə getdilər
dünya

AZAL təyyarəsinin qəzaya uğradığı yerə getdilər

08-09-2025 11:00 48 Просмотров
IMG

Bakıdakı ABŞ səfirliyinin müşaviri Eşli Tauers AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib.

"Tvit.az" xəbər verir ki, bu barədə səfirliyin “Facebook” hesabında paylaşım edilib. 

“ABŞ Biznes Nümayəndə Heyətinin Orta Dəhlizə səfərinin Qazaxıstan mərhələsini yekunlaşdırdıq. Aktaudan yola düşməzdən əvvəl Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası (USACC) icraçı direktoru Natiq Baxışov və ABŞ-nin Azərbaycandakı Səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Eşli Tauers Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin qəza yerini ziyarət etdilər. Orada biz bu faciədə həyatını itirən mülki şəxslərin əziz xatirəsini ehtiramla yad etdik. Hadisənin qalıqları hələ də ərazidə səpələnmiş halda qalır və bu mənzərə itirilmiş həyatların kədərli bir xatırladıcısıdır”,- səfirliyin məlumatında bildirilib.