Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Finlandiya ilə sərhəddəki vəziyyət barədə danışıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Ora sakitdir, aramdır, heç kim heç yerə getmir”, – deyə o, KİV-ə bildirib.
Medvedev vurğulayıb ki, Moskva Finlandiyanın NATO üzvü olmasını nəzərə almaya bilməz.
O həmçinin qeyd edib ki, Baltikyanı ölkələr, Finlandiya, Norveç və Polşa Rusiyanın ərazisinə yaxın bölgələrdə hərbi fəallığı artırırlar.
Aysel Şirinova