Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial ETX: "Telegram" hücumları ilə bağlı mühüm nəticələr müəyyən olunub
sosial

ETX: "Telegram" hücumları ilə bağlı mühüm nəticələr müəyyən olunub

05-09-2025 14:00 88 Просмотров
IMG

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) apardığı monitorinq zamanı "Telegram" üzərindən həyata keçirilən fişinq hücumu ilə bağlı mühüm nəticələr müəyyən edilib.

Tvit.az xəbər verir ki, bu barədə ETX məlumat yayıb.

Bildirilir ki, təhlillər nəticəsində hücumda istifadə olunan infrastrukturun sxematik təsviri hazırlanıb, IP ünvanlar və yönləndirmə zəncirləri müəyyənləşdirilib.

Həmçinin, hesabların ələ keçirilməsi prosesinə dair ətraflı məlumat əldə olunub. Nəticələrlə daha ətraflı qurumun saytında tanış olmaq mümkündür.