Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial 5 aptekdə nöqsanlar aşkarlandı
sosial

5 aptekdə nöqsanlar aşkarlandı

04-09-2025 18:00 46 Просмотров
IMG

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi avqust ayında ümumilikdə 23 aptekdə yoxlama keçirib.

 

Mərkəzdən Tvit.az-a verilən məlumata görə, bu yoxlamalardan 12-si Bakı şəhərində, 11-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

 

Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşıyıb.

 

Aparılan yoxlamalar nəticəsində 5 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.