Hindistanın Cammu vilayətində güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrində 30 nəfər ölüb.
Tvit.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
Yağışlar həmçinin infrastruktura ciddi ziyan vurub, körpülərin dağılmasına, elektrik enerjisinin kəsilməsinə və telekommunikasiya şəbəkələrinin sıradan çıxmasına səbəb olub.
Elmin Alışov