Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran və "Avropa üçlüyü"-nün Cenevrə görüşü başa çatıb
dünya

İran və "Avropa üçlüyü"-nün Cenevrə görüşü başa çatıb

26-08-2025 22:00 29 Просмотров
IMG

İran və “Avropa üçlüyü” – Böyük Britaniya, Almaniya və Fransa arasında nüvə məsələsinə dair növbəti danışıqlar raundu Cenevrədə başa çatıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, müzakirələrin yekununda İran İslam Respublikasının xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib ki, İran hələ də diplomatiyanın və mübahisəli məsələlərin qarşılıqlı faydalı yolla həllinin tərəfdarıdır.

“Hər iki tərəf BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə bağlı öz mövqeyini bildirdi. İran diplomatiyaya və qarşılıqlı faydalı həll yollarının axtarışına sadiq qalır. İndi ‘Avropa üçlüyü’ və BMT Təhlükəsizlik Şurası doğru seçim etməli, diplomatiyaya zaman və fürsət verməlidir”, – Qaribabadi X sosial şəbəkəsində yazıb.

 Görüşdə “Avropa üçlüyü”nün İrana qarşı irəli sürdüyü tələblər müzakirə olunub. Bu tələblərə əsasən, İran MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) müfəttişlərini yenidən öz nüvə obyektlərinə buraxmalı və İranın nüvə proqramı ilə bağlı yeni sazişə nail olmaq üçün diplomatik danışıqları bərpa etməlidir. Əks təqdirdə, Tehrana qarşı 2015-ci il sazişi çərçivəsində ləğv olunmuş sanksiyaların yenidən tətbiqi təhlükəsi var. Danışıqlarda İran tərəfdən xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvanchi də iştirak edib.

Aysel Şirinova