Avropa İttifaqı Ukraynaya ümumilikdə 230 milyard avro məbləğində yardım edib.
Tvit.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki , bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Anitta Hipper məlumat verib.
"Ukraynaya dəstək məsələsinə gəlincə, demək olar ki, 170 milyard avro yardım etmişik. Bundan əlavə, Avropa Sülh Fondu vasitəsilə də 60 milyard avro ayırmışıq", - deyə Hipper söyləyib.
Elmin Alışov