Ukrayna prezidenti Zelenski Kanadanın baş naziri Karni ilə görüşündən sonra təhlükəsizlik və müdafiə sahələrində sazişlərin imzalandığını açıqlayıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı proqramına qoşulmaq niyyətindən məmnunluğunu ifadə edən Zelenski, Kanadanın ayırdığı vəsaitin xüsusi olaraq pilotsuz təyyarələrin istehsalına yönəldilməsi ilə bağlı razılığa gəldiklərini bildirdi.
Elmin Alışov