Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İrana qarşı sanksiyaların bərpası beynəlxalq hüquqa zidd olardı
dünya

İrana qarşı sanksiyaların bərpası beynəlxalq hüquqa zidd olardı

20-08-2025 22:00 20 Просмотров
IMG

İrana qarşı sanksiyaların bərpası beynəlxalq hüquqa zidd olardı.

Tvit.az xəbər verir ki, bu sözləri Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov deyib.

"Avrotroyka (Böyük Britaniya, Almaniya, Fransa) İranla bağlı Saziş üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) xüsusi mexanizmi vasitəsilə sanksiyaları bərpa etmək cəhdləri beynəlxalq hüquqa zidd olardı, çünki həmin Avropa dövlətləri öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər", - deyə o, bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya, Almaniya və Fransa İrana təzyiq göstərməyə çalışır və avqustun sonuna qədər BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə nəzərdə tutulan və İrana qarşı əvvəlki bütün iqtisadi sanksiyaları bərpa edə biləcək "snapback" mexanizmini işə salmaqla hədələyirlər.

"Bu təhdidin həyata keçirilməsinin qarşısında ciddi maneə var. Yuxarıda qeyd edilən Avropa dövlətləri özləri 2231 saylı qətnaməni və JCPOA-nı pozurlar”, – deyə o, əlavə edib.

Aysel Şirinova