Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Avropa səfirləri Putinin iştirakına görə Çində keçiriləcək paradda iştirak etməyə bilər - KİV
dünya

Avropa səfirləri Putinin iştirakına görə Çində keçiriləcək paradda iştirak etməyə bilər - KİV

18-08-2025 20:00 30 Просмотров
IMG

Avropa ölkələrinin Çindəki səfirləri gələn ay keçiriləcək hərbi paradda Rusiya prezidenti Vladimir Putinin iştirakına görə boykot ehtimalını müzakirə edirlər.

Tvit.az xəbər verir ki, bu barədə South China Morning Post qəzeti məlumat yayıb.

Məlumata görə, Avropa nümayəndəlikləri Pekində keçiriləcək parad üçün dəvət olunub, lakin onlar Vladimir Putinin orada iştirakından və “Rusiya qoşunlarının mümkün iştirakı”ndan narahatdırlar.

Qəzet qeyd edir ki, hələlik onların tədbirdə iştirakdan imtina edib-etməyəcəyi məlum deyil, həmçinin Rusiya hərbçilərinin parada qatılacağı barədə də rəsmi təsdiq yoxdur.

Aysel Şirinova