Almaniya Ukraynanın “Prioritet Ehtiyaclar Siyahısı” çərçivəsində NATO-nun digər müttəfiqləri ilə birlikdə 500 milyon dollar dəyərində hərbi yardım paketini maliyyələşdirməyə hazır olduğunu açıqlayıb.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya müdafiə nazirliyi məlumat yayıb.
Bəyanatda ABŞ-a Ukraynanı silah və sursatla təmin etməyə davam etmək istəyinə görə təşəkkür edilib və Almaniyanın bu təşəbbüsə qoşulmaqla Ukraynaya dəstəyini əhəmiyyətli dərəcədə gücləndirdiyi vurğulanıb.
Elmin Alışov