Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Kreml: Putin-Tramp görüşünün yaxın günlərdə keçirilməsi razılaşdırılıb
dünya

Kreml: Putin-Tramp görüşünün yaxın günlərdə keçirilməsi razılaşdırılıb

07-08-2025 14:00 22 Views
IMG

Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında görüş yaxın günlərdə keçiriləcək.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin xarici siyasət müşaviri Yuri Uşakov deyib.


“ABŞ-ın təklifindən sonra ən yüksək səviyyədə ikitərəfli görüşün, yəni Putin-Tramp görüşünün yaxın günlərdə keçirilməsi razılaşdırılıb. Tərəflər hazırlıqlara başlayıblar. Görüşün yeri də razılaşdırılıb. Bu, daha sonra açıqlanacaq”,- deyə müşavir bildirib.


Elmin Alışov