Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında görüş yaxın günlərdə keçiriləcək.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin xarici siyasət müşaviri Yuri Uşakov deyib.
“ABŞ-ın təklifindən sonra ən yüksək səviyyədə ikitərəfli görüşün, yəni Putin-Tramp görüşünün yaxın günlərdə keçirilməsi razılaşdırılıb. Tərəflər hazırlıqlara başlayıblar. Görüşün yeri də razılaşdırılıb. Bu, daha sonra açıqlanacaq”,- deyə müşavir bildirib.
Elmin Alışov